Məmmədyarov əvvəlkitək birinci onluqdadır

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2011-ci il iyulun 1-nə olan vəziyyətə görə növbəti reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov son iki ayda öz göstəricisindən 7 xal itirib, bir pillə geriləsə də, hər halda, birinci onluqda yerini qoruyub saxlaya bilmişdir. İndi qrossmeysterimiz 2765 xalla onuncu mövqedədir.
Milli komandamızın digər üzvləri Vüqar Həşimov (2760) siyahıda 11-ci, Teymur Rəcəbov (2744) 14-cü, Rauf Məmmədov (2679) 65-cidir.
Planetin ən yaxşı on qrossmeysterinin reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2821) başçılıq edir. İkinci pillədə yer almış hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan, 2817) ondan 4 xal geri qalır. Birinci onluğa həmçinin Levon Aronyan (Ermənistan, 2805), Sergey Karyakin (Rusiya, 2788), Vladimir Kramnik (Rusiya, 2781), ukraynalılar Vasili İvançuk və Ruslan Ponomaryov (hər ikisi 2768), Veselin Topalov (Bolqarıstan, 2768) və Hikaru Nakamura (ABŞ, 2766) daxildirlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında