Azərbaycan nümayəndələri YUNESKO-nun Dünya İrs Komitəsinin 35-ci sessiyasında

Parisdə YUNESKO-nun qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilmişdir. Ölkəmizin müşahidəçi qismində təmsil edilməsinin təmin olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, habelə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komitəsinin və YUNESKO yanında Daimi nümayəndəliyimizin əməkdaşları iclasda iştirak etmişlər.Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
İclasın açılış mərasimində Komitənin sədri Bəhreyn Krallığının mədəniyyət naziri xanım May Bint Muhəmməd Əl Xəlifə, YUNESKO-nun İcraçı Katibi xanım İrina Bokova və digərləri çıxış edərək Dünya İrs Konvensiyasının yaranmasından, həmin tarixdən keçən 40 il ərzində YUNESKO tərəfindən görülmüş işlərdən bəhs etmiş, Konvensiyanın bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm rolu qeyd etmişlər.
10 gün ərzində Dünya İrs Komitəsi tərəfindən 169 ədəd dünya irsinə baxılmışdır. Onların 34-ü Təhlükədə olan Dünya İrs Siyahısında, 37 ədədi Dünya İrs Siyahısına qəbul edilmək üçün irəli sürülmüş, digərləri isə artıq Dünya İrs Siyahısında olan və onların qorunması üçün yerləşdikləri ölkələr tərəfindən görülən işlərin nəzərdən keçirilməsi üçün iclasın gündəliyinə daxil edilmişdir və Dünya İrs Komitəsi davam edən müzakirələrdən sonra 25 yeni ərazini YUNESKO-nun Dünya İrs Siyahısına, 2 abidəni Təhlükədə olan Dünya İrs Siyahısına daxil etmişdir. Bir ədəd ərazi isə "Manas Wildlife Sanctuary" (Hindistan) görülmüş tədbirlər nəticəsində Təhlükədə olan Dünya İrs Siyahısından çıxardılaraq Dünya İrs Siyahısına əlavə edilmişdir.
Bununla da 1972-ci ildə qəbul edilmiş Dünya İrs Konvensiyasının 40 illiyi ərəfəsində Dünya İrs Siyahısında 936 ərazi və abidə mövcuddur. Onlardan 183-ü təbii, 725-i mədəni, 28-i isə qarışıq ərazi və abidələrə aid edilir. İclasın son günü 2012-ci ildə keçiriləcək Dünya İrs Komitəsinin 36-cı sessiyasının gündəliyi qəbul edilmişdir.
Məlumat üçün bildirək ki, iclas zamanı YUNESKO-nun Dünya İrsinin İlkin siyahısında olan 6 tarixi abidəmizin Dünya İrs Siyahısına daxil edilməsi üçün lazım olan prosedurlar, digər ölkələrin təcrübələri öyrənilmiş, digər ölkələrin nümayəndələri ilə qeyri-rəsmi görüşlər keçirilmiş və gələcəkdə Azərbaycan Respublikasının Dünya İrs Komitəsinə üzv seçilməsi üçün müvafiq təşviqat işləri aparılmışdır. Sessiyada iştirak edən nümayəndələr, o cümlədən, Ukrayna, Latviya, Avstriya, Fransa və digər ölkələr, 7-9 aprel 2011-ci il tarixdə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırlamış və tədbirin yüksək səviyyədə keçirildiyini bildirmişlər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında