Sabirabadda Polis günü qeyd edildi

Sabirabad rayonunda Polis günü münasibətilə tədbir keçirilmişdir.
Rayon Polis şöbəsinin şəxsi heyətinin, polis veteranlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq 93 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirmişdir.
Polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətlə xidmət ənənəsinin başlanğıcının üummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu deyən N.İsmayılov Prezident İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər nəticəsində bu gün Azərbaycan polisinin yüksək peşə hazırlığına yiyələndiyini, mənəvi-psixoloji cəhətdən mətinləşdiyini xüsusi qeyd etdi.
Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Mübariz Quliyev də polisin keçdiyi şərəfli yoldan danışdı. O, çıxışının sonunda şəxsi heyət adından əmin etdi ki, öz andlarına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəklər.
Rayon prokuroru Seyfulla Aslanov, MTN-nin rayon şöbəsinin sədri Rauf Abdullayev, polis veteranı Azad Eyvazov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov və başqaları çıxış edərək polisləri bayram münasibətilə təbrik etdilər, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladılar.
Sonda xidməti vəzifələrində fərqlənən polis işçiləri mükafatlandırıldılar.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında