Xətai rayonunun çempion şahinləri mükafatlandırıldı

Xətai rayon İcra Hakimiyyətinin binası qarşısında təşkil olunmuş toplantı rayonun 138 saylı məktəbinin komandasının ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyunlarında iki il ardıcıl respublika çempionu olmasına həsr edilmişdi.
Azərbaycan Respublikasının dövlət himninin sədaları altında başlayan toplantını Xətai rayon İdman və Gənclər İdarəsinin rəhbəri Əfqan Rzayev açaraq bildirdi ki, rayonda hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlər son illər böyük vüsət almışdır. Bu işdə rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun xüsusi əməyi olmuşdur. Bunun nəticəsidir ki, son beş ildə rayonun komandası "Şahin" hərbi-idman oyunlarının respublika birinciliyində iki dəfə ikinci, üç dəfə isə birinci yeri tutmuşdur. Bu qələbələrin dördü rayonun 138 saylı orta məktəbinin Rayına düşür.
Sonra 2011-ci ilin çempionunu təbrik etmək üçün söz Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verildi. "Şahin"ləri ardıcıl ikinci dəfə respublika çempionu olmaları münasibətilə təbrik edən R.Məmmədov hərbi-idman oyunlarının yeniyetmə-gənclərimizin formalaşmasında, vətənpərvərlik ruhunda böyüməsində, hərb sənətinə böyük maraq oyatmasında xüsusi rol oynadığını diqqətə çatdırdı. Natiq çıxışına davam edərək bildirdi ki, son beş ildə sizin bu uğurlarınız, həmçinin cəsurlarımızın üç dəfə çempion olması, məktəblilərimizin müxtəlif bilik yarışlarında və müsabiqələrdə əldə etdiyi nailiyyətlər, ali məktəblərə qəbul üzrə rayonumuzun yüksək göstəricilər əldə etməsi və keçən il birinci olması, hər il bir neçə müəllimimizin və məktəbimizin ilin ən yaxşı müəllimi, ilin ən yaxşı məktəbi adına layiq görülməsi, başqa sahələrlə yanaşı, rayonumuzda təhsilin və idmanın da inkişafının bariz göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-2011-ci tədris ilinin yekunlarına görə rayonumuzun 9 müəlliminin "İlin ən yaxşı müəllimi" və 265 saylı məktəbin isə "İlin ən yaxşı məktəbi" adına layiq görülməsi bu sahəyə dövlət qayğısının davamlı olmasından irəli gəlir.
R.Məmmədov ölkəmizin sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, Dağlıq Qarabağ probleminə də toxunaraq bildirdi ki, dövlətimizin başçısı bütün vasitələrlə bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma danışıqlar yolu bir nəticə verməsə, biz Ali Baş Komandanının döyüş əmrinə hazır olmalıyıq. İyunun 26-da paytaxtımızın Azadlıq meydanında keçirilən hərbi parad nümayiş etdirdi ki, ölkəmiz buna da hazırdır. Siz Milli Ordumuzun gələcək potensialı kimi bu gün yarışlarda özünüzü sınayır və o böyük döyüşə hazırlaşırsınız. Bu, bir valideyn, Azərbaycan vətəndaşı kimi bizi sevindirir və qürur hissi doğurur.
Qaliblərə təhsildə və həyatda uğurlar diləyən P.Məmmədov sonda bütün komanda üzvlərini, məktəbin direktorunu və hərbi müəllimi xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırdı.
Toplantı gənc "Şahin"lərin iştirakçılar qarşısından hərbi marş sədaları altında nizami keçidi ilə başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında