Azərbaycan Xarici İşlər Nazirliyi daha bir Rusiya jurnalistini "qara siyahı"ya salıb

Rusiya jurnalisti Yuri Sneqirov rəsmi Bakının icazəsi olmadan işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyi üçün Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahısı"na salınıb.
Bu barədə APA-ya XİN mətbuat katibi Elxan Poluxov bildirib. E. Poluxovun sözlərinə görə, Y.Sneqirovun bundan sonra Azərbaycan ərazisinə səfər etməsi mümkün olmayacaq.
Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistin "İzvestiya" qəzetində iki reportajı dərc olunub. "Qarabağda müharibə gözləmirlər, amma hazırlaşırlar" adlı reportaj iyunun 29-da, "Dağlıq Qarabağın hərbi sirri tapılıb" adlı reportaj isə iyunun 30-da işıq üzü görüb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN ermənilərin işğalı altında olan ərazilərə qeyri-qanuni səfər etdiyinə görə, "Exo Moskvı" radiostansiyasının baş redaktor müavini Sergey Buntmanın Azərbaycana səfərinə qadağa qoyub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında