"Zənnimcə, yaxın bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən razılaşma əldə oluna bilər"

APA-nın məlumatına görə, bunu dünən keçirdiyi mətbuat konfransında Rusiyanın "Vestnik Kafkaza" informasiya-təhlil agentliyinin baş redaktoru Aleksey Vlasov deyib.
Prezidentlərin Kazan görüşünün uğursuzluq kimi dəyərləndirilməsi ilə razılaşmayan A. Vlasov bu görüşü Qarabağ danışıqlarında növbəti mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, Kazanda razılaşmanın əldə edilməməsi ilk növbədə ondan qaynaqlanır ki, Ermənistan və Azərbaycan arasında ixtilaf hələ də qalır. Belə ki, İrəvan birinci növbədə Qarabağın statusun çözümündə, Bakı isə erməni qoşunlarının işğal olunmuş torpaqlarından çıxarılmasında israr edir.
Rusiyalı politoloq Moskvanın Qarabağ münaqişəsinin donmuş halda qalmasında maraqlı olması haqda rəylərlə də razı deyil: "Qarabağ münaqişəsinin həll edilməmiş qalması Şimali Qafqaza və Rusiyanın cənubundakı sabitliyə mənfi təsir edir. Ona görə də Rusiya bu münaqişənin çözümdə maraqlıdır". Rusiyanın vasitəçilikdən imtina etməsi haqda son günlər mətbuatda dolaşan iddialara da münasibət bildirən A. Vlasov hesab edir ki, bu kimi məlumatlar əsassızdır. Onun fikrincə, Moskvanın vasitəçilikdən imtina edə biləcəyi barədə məlumatlar qəsdən ortaya atılır və bunun arxasında digər maraqlı tərəflərin sülhyaratma missiyasını inhisara almaq niyyəti dayanır. Hazırda informasiya müharibəsi gedir və son iddialar da bununla izah edilir: "Lakin Rusiyanın problemin çözülməsində rolu həlledici olacaq".
Tədbirdə çıxış edən Moskva Dövlət Universiteti Postsovet məkanının araşdırılması üzrə mərkəzinin direktor müavini İsmayıl Ağakişiyev isə deyib ki, Qarabağ münaqişəsinin həllini dünyadakı erməni diasporu və İrəvandakı "müharibə partiyası" əngəlləyir. Onun zənnincə, Ter-Petrosyanın prezidentliyi dövründə sülh əldə olunması daha real olub: "Lakin İrəvanda və xaricdəki qüvvələr onu getməyə məcbur etdi. Daha sonra isə erməni parlamenti gülləbaran edildi".
İ. Ağakişiyevin fikrincə, həmin qüvvələr mümkün sülh razılaşmasını bundan sonra da əngəlləməyə çalışacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında