Azərbaycanda fiziki şəxslərin on-line qeydiyyatına başlanılmışdır

Ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlanılması prosedurlarının sadələşdirilməsi məqsədilə aparılan islahatların tərkib hissəsi olaraq Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq məqsədilə Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrini genişləndirmək istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri də 2011-ci il iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-layn rejimində qeydiyyata alınmasına başlanılmasıdır. Biznesin qeydiyyatı sahəsində aparılan radikal dəyişikliklərin davamı olaraq sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq.
Xatırladaq ki, artıq sistemin proqram təminatı hazırlanmış və test rejimində yoxlanılmışdır. Vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınacaqdır. 18 yaşı tamam olmuş və şəxsiyyət vəsiqəsi alan hər bir Azərbaycan vətəndaşı artıq on-line rejimində qeydiyyata alına bilər.
İyulun 1-də Bakı şəhəri Vergilər Departamentinin kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsində ilk fiziki şəxsin on-layn rejimində nümunəvi qeydiyyatı həyata keçirilib. İdarənin rəisi Nigar Alimova KİV nümayəndələrinə qeydiyyat prosesi barədə ətraflı məlumat vermişdir. Emil Əsgərov on-line rejimində qeydiyyata alınan ilk fiziki şəxs olmuşdur.
Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda, həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcəkdir.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında