Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı iclas keçirilmişdir

İyulun 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn müddəaların icrası, səmərəli məşğulluğun təminatı və işçi hüquqlarının qorunması istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir. 
Nazir Füzuli Ələkbərov dövlət başçısı İlham Əliyevin aztəminatlı insanlara diqqət və qayğısının əməli ifadəsi kimi ölkədə mühüm sosial proqramların icra edildiyini diqqətə çatdırmış, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü, müasir tələblərə uyğun təşkilinin, görülən işlərdə səmərəliliyin artırılmasının nazirlik qarşısında duran əsas vəzifə olduğunu vurğulamışdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, sosial müdafiə əhəmiyyətli yeni layihələrdən söz açan nazir yaxın vaxtlarda əlillər üçün müasir tipli müəssisələrin inşasına hazırlıq işlərinin aparıldığını bildirmişdir.
İclasda əlillərin cəmiyyətin digər üzvləri kimi dolğun həyat tərzinin təmin edilməsi üçün ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə riayət olunması, fəal məşğulluq tədbirlərinin, həmçinin işsiz və işaxtaran vətəndaşların əmək bazarına uyğun peşə hazırlığının təşkili və s. sahələrdə görülən işlər geniş müzakirə edilmişdir.
Nazir əlillərlə bağlı həyata keçirilən tədbirlərdə ənənəvi iş təcrübəsi ilə bərabər, mütərəqqi beynəlxalq təcrübədən geniş istifadə olunması, məşğulluq tədbirlərinin təşkilində işəgötürənlərin daha fəal iştirakına şərait yaradılması, vakansiyalar haqqında məlumatların vaxtlı-vaxtında toplanması və digər məsələlərlə bağlı tapşırıqlar vermişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında