Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun görüşü olmuşdur

İyulun 1-də Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası dostluq qrupu üzvlərinin görüşü olmuşdur. 
Görüşdə dostluq qrupu rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkələrimiz arasında əlaqələrin inkişafından söhbət açmışdır. O demişdir ki, hər iki ölkə deputatlarının görüşləri və parlamentlərarası əlaqələrin dərinləşməsi Azərbaycanın və İranın mənafeyinə xidmət edir.
E.İbrahimov vurğulamışdır ki, Azərbaycan ilə İran mövcud imkanlardan maksimum istifadə etməklə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirməlidirlər.
Dostluq qrupunu Azərbaycandan olan deputatları ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün dost İrana təşəkkürlərini bildirmişlər.
İranlı parlamentarilər strateji və geosiyasi baxımdan çox önəmli ölkə olan Azərbaycan ilə yaxın qonşuluq və dostluq əlaqələrinin möhkəmlənməsində maraqlı olduqlarını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, xalqlarımız arasındakı tarixi, dini, mədəni, mənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərilməlidir və bu işdə parlamentlərarası dostluq qrupu xüsusi rol oynayır.
Bildirilmişdir ki, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu mövqeyində qətidir. Qeyd olunmuşdur ki, iranlı deputatlar nüfuzlu beynəlxalq təşkilatlarda azərbaycanlı həmkarlarını daim dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəklər.
Görüşdə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməyin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında