Böyük qədirbilənliklə

Bu günlər xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü, Böyük Vətən müharibəsində Qələbənin 65 illiyini təntənə ilə qeyd edir. Azərbaycanın orta ümumtəhsil, orta ixtisas və ali məktəblərində bu münasibətlə tədbirlər keçirilir, konfranslar, dəyirmi masalar təşkil olunur.
Öz ənənələri ilə seçilən Bakı Mədəni-Maarif Texnikumunda da tələbə və müəllimlərin iştirakı ilə yüksək səviyyədə tədbirlər keçirilmişdir.
Əvvəlki illərdə olduğu kimi bu il də aprel ayının əvvəllərindən başlayaraq şöbələr üzrə bütün qruplarda "Heydər Əliyev tələbələrin gözü ilə" mövzusunda yazı müsabiqəsi keçirilmiş, I-25 qrup tələbəsi Mehriban Məmmədova 1-ci yerə, I-22 qrup tələbəsi Nadirə Ağayeva 2-ci yerə, I-29 qrup tələbəsi Zümrüd Əliyeva 3-cü yerə layiq görülmüşlər. Qaliblərə pul mükafatı və fəxri fərmanlar verilmişdir.
Texnikumda şöbələrarası müxtəlif idman yarışları (futbol, voleybol, basketbol, şahmat, dama, tennis) keçirilmiş və həmçinin 1-ci, -ci və 3-cü yerləri tutan komandalara mükafatlar təqdim olunmuşdur.
Mayın 5-də texnikumun humanitar fənn birləşmələri və pedaqogika müəllimi İlahə Hüseynovanın rəhbərliyi ilə "Dünya miqyaslı dövlət xadimi Heydər Əliyev" mövzusunda elmi praktik konfrans keçirilmişdir. Konfransda texnikumun müəllimləri Üzafə Nəsirova, Nisaxanım Mirzəyeva, Hüsaməddin Kərimov çıxış etmişlər.
Nəzərdə tutulmuş proqrama əsasən mayın 7-də hər iki növbədə birinci dərslər ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuşdur. Dərslərdə ulu öndərin uşaqlara, gəncliyə, təhsilə və elmə olan qayğısından, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki rolundan söhbət açılmışdır.
Ulu öndərin ad günü ərəfəsində ölkəmizin hər yerində Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi də yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Texnikumda da bu münasibətlə maraqlı görüşlər və tədbirlər keçirilir. Bu gün isə Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmovun iştirakı ilə tələbələrin veteranlarla görüşü keçirilir. Söz yox ki, belə görüşlər tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında