Minnətdarlıq

Azərbaycanın səhiyyə sistemi gündən-günə inkişaf edir, güclənir. Hazırda səhiyyə sistemində diqqətçəkən ən mühüm məsələ tibb müəssisələrində müasir texniki təchizatla yanaşı, kadr potensialının da yüksək səviyyədə olmasıdır. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qızım Fidan Əhmədovanın müalicəsi zamanı bunu bir daha yəqin etdim.
Burada körpəmə göstərilən xidmətdən hədsiz dərəcədə razı qaldım. Balaca Fidan xəstəxanaya aparılarkən ağır vəziyyətdə idi. Lakin bu səhiyyə ocağının yüksək ixtisaslı həkimləri, tibb bacıları körpənin sağlamlığı üçün əllərindən gələni əsirgəmədilər. Mən oradakı həkimlərin xəstələrə xoş münasibətinin şahidi oldum. İlk növbədə institutun direktoru, əməkdar elm xadimi, professor, ölkənin baş pediatrı Nəsib Quliyevin, Azərbaycan Tibb Universitetinin assistenti Aytəkin Adilovanın qayğılarını hiss etdim. Oradakı tibb bacılarının xəstələrə böyük diqqətini xüsusi vurğulamaq istərdim.
Onu da deyim ki, bura çoxlu sayda xəstə müraciət edir və onların hamısı yaradılan şəraitdən, tibbi xidmətdən razıdırlar. Təbii ki, mən də onların sırasındayam. Mən onlara qəzet vasitəsilə sonsuz minnətdarlığımı çatdırmaq istərdim. Bildirirəm ki, Hippokrat andı içib ona sadiq qalan və bu andı əzmkarlıqla yerinə yetirən kadrlar var. Mən buna yuxarıda adını çəkdiyim institut kollektivinin timsalında şahid oldum.

{nl}

Samirə ƏHMƏDOVA, paytaxt sakini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında