Zaqatalada Qələbə günü qeyd olundu

Zaqatala rayonunda 9 May Qələbə bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar öncə Qarabağ müharibəsində şəhid olan zaqatalalıların şərəfinə ucaldılmış xatirə kompleksini və 1941 - 1945-ci illərdə həlak olanların şərəfinə ucaldılmış "Xilaskar əsgər" abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Vətən yolunda canlarını qurban verən həmyerlilərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir "Ağsaray" şadlıq sarayında davam etmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının müavini E.Ramazanov çıxış edərək veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 9 May Qələbə bayramı münasibətilə təbrik etmiş, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi zaqatalalıların da payı olduğunu bildirmiş, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizinin Azərbaycanın payına düşdüyünü qeyd etmişdir. Daha sonra natiq ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Zaqatala rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənc nəslə öz ağsaqqal məsləhətini vermiş, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
Şən mahnılar, oynaq rəqslər və ədəbi-bədii kompozisiyalarla davam edən tədbirin sonunda rayondakı 35 nəfər Böyük Vətən müharibəsi veteranına Qələbənin 65 illiyi medalı və maddi yardımlar təqdim olunmuşdur.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında