Astarada yerli sahibkarlarla işgüzar görüş keçirilib

Hər bir ölkənin iqtisadi cəhətdən qüdrətlənməsində, yeni iş yerlərinin yaradılmasında özəl bölmə də mühüm rol oynayır. Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan, sosial-iqtisadi inkişafa dəyərli töhfələr verən iş adamlarının mənafelərinin qorunması, biznes imkanlarının genişləndirilməsi üçün ölkəmizdə zəruri hüquqi-normativ şərait yaradılıb.
Astaranın da istehsal və emal sənayesində, xidmət sahəsində çoxlu sahibkar fəaliyyət göstərir. Onları inkişaf layihələrinin və proqramlarının icrasına cəlb etmək, problemləri ilə tanış olmaq, daha böyük uğur qazanmalarına təkan vermək məqsədilə icra hakimiyyətində görüş keçirilib.
Görüşü giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Taleh Qaraşov müstəqil respublikamızda bazar iqtisadiyyatı şəraitində qazanılan yüksək nailiyyətlərdən, sahibkarlığın inkişafı üçün ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış geniş imkanlardan ətraflı bəhs edib. O deyib ki, ümummilli liderin bu sahədə yürütdüyü siyasəti layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özəl sektorun inkişafına qayğı və diqqəti daha da artırmışdır. Elə bu görüşdə də əsas məqsəd yerli sahibkarların daha səmərəli fəaliyyətinə hər cür köməklik göstərmək, rayonda aparılan abadlıq-quruculuq işlərində onların fəal iştirakına nail olmaqdır. İş adamlarının arzu və təklifləri də rayon rəhbərliyi üçün maraqlıdır. Ən başlıcası isə Astaranın mövcud potensialını bütünlüklə hərəkətə gətirməkdir.
İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov görüşdə yerli sahibkarlıq fəaliyyəti haqqında məruzə edib. "Emin" kəndli-fermer təsərrüfatının rəhbəri N.Rəsulov, sahibkarlardan Ə.Teymurov, A.Səfərov, çayçılıq üzrə fermer N.Əhmədov, "Far-El" MMC-nin rəhbəri R.Cəfərov çıxış edərək rayon rəhbərliyinin iş adamları ilə keçirdiyi görüşün əhəmiyyətindən, sahibkarlığın inkişafı ilə əlaqədar görülən tədbirlərdən razılıqla danışıblar. Onlar özəl sektorun daha da inkişaf etdirilməsi üçün sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi, daxili bazarın qorunması, habelə digər məsələlərlə bağlı arzu və təkliflərini bildiriblər.
Rayon İcra hakimiyyətinin başçısı T.Qaraşov yekunda qeyd edib ki, İran İslam Respublikası ilə sərhəddə yerləşən və buna görə də əcnəbi vətəndaşların daha çox gəlib-getdiyi Astarada tikinti-quruculuq işləri ən yüksək səviyyədə aparılmalıdır. Bu işdə sahibkarlar daha çox təşəbbüs göstərməli, müasir memarlıq üslubunda obyektlər inşa etməli, ətraf ərazilərdə ideal səliqə-sahman yaratmalıdırlar. Daha çox tələbat duyulan sahələrdə fəaliyyət göstərmək xüsusilə məqsədəuyğundur. Məsələn, Astarada turizmin inkişafı üçün gözəl imkanlar var ki, sahibkarların bu məsələyə diqqət yetirməsi faydalı olardı.
Sahibkarlarla görüş işgizar ruhda keçib və rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək baxımından önəmli olub.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında