Dünya Azərbaycanlılarının III Qurultayının proqramı açıqlanıb

Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Azadinform"a verilən məlumata görə, ən çox nümayəndə və qonaq Rusiya (155), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanadadan (10) olacaq. Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkə parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Dünya Azərbaycanlılarının III Qurultayının ertəsi günü, iyul ayının 6-da Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə gerçəkləşdirilən layihələr, gənclər siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində görülən işlər barədə ətraflı məlumat veriləcək, Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizi daha da effektiv şəkildə dəstəkləməsi yolları müzakirə olunacaq. Dünya Azərbaycanlılarının III Qurultayında ötən qurultaydan keçən müddət ərzində görülən işlərə dair hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Toplantıda "Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsi", "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət", "Dünya azərbaycanlılarına müraciət", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına Müraciət"in qəbul olunacağı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında