Senator Con Kornin: ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesini dəstəkləməkdə davam etməlidir

ABŞ Konqresində Texas ştatını təmsil edən senator Con Kornin ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə məktubuna cavab vermişdir. 
AzərTAc USAN-a istinadla xəbər verir ki, senator cavab məktubunda Şəbəkənin nümayəndəsinə onu Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırdıqlarına görə təşəkkürünü bildirir.
Məktubda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə dair mənimlə əlaqə yaratdığınıza görə sağ olun. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar, Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyası ilə ATƏT məşğul olur. ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesini dəstəkləməkdə davam etməlidir. Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ regionu ilə əlaqədar Konqresdə müzakirələr aparılarkən mən sizin təkliflərinizi nəzərə alacağam".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında