Pensiyaların yenidən hesablanması iyulun sonuna 90 faiz yerinə yetiriləcək

"Hazırda pensiyaların yenidən hesablanması prosesi davam edir və iyulun sonuna qədər ölkə üzrə bütün pensiyaçıların 90 faizə qədərinin pensiya işləri ilə bizim elektron bazadakı məlumatları üzləşdirə biləcəyik". "Azadinform"un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, təxminən 10 faiz pensiyaçı ilə əlaqədar bu proses başa çatdırılmaya bilər: "O zaman həmin şəxslərin artırılmış pensiyalarını bazadakı məlumatlar əsasında ödəyəcəyik. Amma proses davam edəcək, əgər baza ilə həmin 10 faizin pensiyaları arasında fərqlər aşkar olunarsa, o fərqləri aradan qaldırıb ödənişi avqust ayında təmin edəcəyik".
S.Müslümov bildirib ki, hazırda Bakı, Abşeron və Sumqayıtda yenidən hesablanma başa çatıb və ölkənin digər rayonlarında bu proses gedir: "İlk növbədə respublika əhəmiyyətli şəhərləri və qaçqın və məcburi köçkün rayonlarını əhatə edəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında