Hərbi hissədə görüş

Bakının Zirə qəsəbəsindəki hərbi hissədə Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, rayonun ağsaqqallar, veteranlar şuralarının, gənclər və idman idarəsinin, mədəniyyət şöbəsinin və başqa təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir. 
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Milli Məclisin deputatı Rauf Əliyev, rayon ziyalılar cəmiyyətinin sədri Təvəkkül Səlimov, veteranlar şurasının sədri Nüsrət İbrahimov çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitləri səmimi təbrik etmiş, onlara hərbi xidmətdə uğurlar arzulamışlar.
Bayram münasibətilə gətirilən geyim ləvazimatları, məişət avadanlıqları və elektrik cihazları hərbi hissəyə hədiyyə olunmuşdur.
Hərbi hissənin komandiri, mayor İkram Səfərov qonaqları salamlayaraq təşəkkürünü bildirmiş, ölkədə gedən ordu quruculuğundan, bu sahədə əldə edilən nailiyyətlərdən danışmışdır. O, rayon icra hakimiyyəti tərəfindən hərbi hissəyə hədiyyə edilmiş geniş ekranlı rəngli televizor və başqa məişət avadanlıqlarına görə minnətdarlıq etmiş, Vətən və xalq qarşısında hərbiçilərimizin üzərinə düşən vəzifələrin bundan sonra da şərəflə yerinə yetiriləcəyinə söz vermişdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında