Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin yubiley mərasimində iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-26-da gürcüstanlı həmkarı Georgi Papuaşvilinin dəvəti ilə Gürcüstan Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Batumi şəhərində rəsmi səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Gürcüstan, Türkiyə, Almaniya və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və Avropa Şurasının Venesiya Komissiyasının sədri ilə görüşlər keçirilmişdir.
Konfransda sədr Fərhad Abdullayev "Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində praktiki aspektlər" mövzusunda çıxış etmişdir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili konfrans iştirakçılarını qəbul etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında