Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sakinlərini və qonaqlarını Gül bayramına, incəsənət ustalarının konsertinə və atəşfəşanlığa dəvət edir

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sakinlərini və qonaqlarını mayın 10-da xalqımızın dahi oğlu, müstəqil dövlətimizin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə füsunkar Gül bayramına, incəsənət ustalarının konsertinə və möhtəşəm atəşfəşanlığa tamaşa etməyə dəvət edir.
Ecazkar Gül bayramı saat 11-dən 20-dək Heydər Əliyev Parkında (Heydər Əliyev Sarayının qarşısı) keçiriləcəkdir. Axşam saat 21-dən isə Milli Parkda, Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə rəngarəng bayram konserti və saat 23-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını gözəl bayram münasibətilə ürəkdən təbrik edir, bayram şənliklərini və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında