Yaqub MAHMUDOV: Üç cildlik "Azərbaycan tarixi"nin yenidən yazılması istiqamətində hazırlıq işləri aparılır

Azərbaycan tarixi ilə bağlı əvvəllər nəşr olunan kitablarda bir sıra məsələlər tam əhatə olunmadığından yeni üç cildlik "Azərbaycan tarixi" kitabı hazırlanır. Bu barədə AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov məlumat verib.
Y. Mahmudov bildirib ki, bu üç cildliyin yaranmasına çox böyük ehtiyac var. Onun sözlərinə görə, vaxtilə çapdan çıxmış olan üç cildlik "Azərbaycan tarixi", yeddi cildlik "Azərbaycan tarixi"ndə bir sıra nöqsanlar mövcuddur. İnstitutun direktoru deyib ki, İrəvan xanlığının tarixi Azərbaycan tarixinə düşməyib, Borçalının, Dərbəndin, Cənubi Azərbaycanın tarixi lazımınca araşdırılmayıb.
"Odur ki, dövlət səviyyəsində razılıq var ki, üç cildlik "Azərbaycan tarixi" yenidən yazılsın. Biz tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. İndi konsepsiyanın hazırlığı üzərində iş gedir və güman edirəm ki, 5-6 ay ərzində bu işlər başa çatdırılacaq. Fikrimcə, yaxın 4-5 il ərzində oxucularımız Azərbaycan tarixini yeni səpkidə əldə edəcəklər" - deyə Y. Mahmudov vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında