Ağsuda "Mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" mövzusunda tədbirlər keçirilmişdir

1734-cü ilin yayında Nadir şah öz qoşunu ilə Şamaxıya hücum edəndə Şirvan hakimi Surxan xan qaçsa da, şəhər əhalisi 2 ay müqavimət göstərdi. Bundan qəzəblənən Nadir şah Şamaxını ələ keçirəndən sonra yandırdı və əhalisini 4 ağaclıq (37 kilometr) məsafəyə köçürdü. Ağsu adlanan bu ərazi Şirvan hakimlərinin iqamətgahı oldu və 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhərinə çevrildi.
XX əsrin 80-ci illərində "Xaraba şəhər" adlanan tarixi Ağsu şəhərində ilkin arxeoloji tədqiqatlar aparılıb. Şəhəri bütünlükdə öyrənmək məqsədilə 2010-cu ilin mart-aprel ayları ərzində Azərbaycan MEA-nın Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji qazıntı aparılıb və bu iş hal-hazırda da davam etdirilir. Qazıntı aparan elmi heyət tərəfindən geniş miqyaslı çöl tədqiqat işləri aparılmaqla yanaşı, abidənin planının işlənilməsi, onun bərpa eskizlərinin hazırlanması, qala divarlarının öyrənilməsi, tapıntıların elmi cəhətdən təhlili və araşdırılması, zəruri laborator-kameral işlərin görülməsi, nəhayət materialların elə isti-isti nəşrə və sərgiyə hazırlanması ilə bağlı bütün qaydalar vaxtında və keyfiyyətlə icra edilmişdir.
Ağsu rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən "Mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" adlı tədbir Ağsu Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunmuşdur.
Tədbirə AMEA-nın vitse-prezidenti akademik Nailə Vəlixanlı, AMEA-nın arxeologiya və etnoqrafiya institutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayev başda olmaqla 42 nəfər elm adamı dəvət olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçək dəstələri qoydular. Sonra Ağsu rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil olunmuş arxeoloji qazıntı zamanı tapılmış maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxdılar. Tədbir iştirakçıları Ağsu şəhərindən cənuba tərəf 3 kilometr məsafədə yerləşən arxeoloji qazıntılar aparılan əraziyə getdilər. Tanışlıqdan sonra rayon mədəniyyət sarayında təntənəli təşkil olunmuş yığıncağı giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbir iştirakçılarını salamladı. Sonra ulu öndər Heydər Əliyevin arxeologiya elminə, ümumiyyətlə tarix elminə diqqət və qayğısından danışdı.
Azərbaycan MEA-nın Arxeologiya İnstitutunun direktoru Maisə Rəhimova çıxış edərək belə gözəl tədbirin təşkili üçün rayon rəhbərliyinə təşəkkür etdi. Sıxış edən Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev qeyd etdi ki, Ağsu ərazisindən tapılan maddi mədəniyyət nümunələri XVIII əsr tarixini öyrənmək üçün əvəzsiz materiallardı. Ardınca yeni nəşr olunmuş "Ağsu şəhəri orta əsrlərdə" kitab-albomunu tədbir iştirakçılarına təqdim etdi. Sonra arxeoloji ekspedisiyanın rəis müavini Fariz Xəlilli Ağsudakı qazıntı işlərinə aid www.agsuexredition.orq saytının təqdim etdi. Tədbirdən sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə getdilər və buradakı eksponatlarla yaxından tanış oldular.{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında