Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanının nəticələri açıqlanmışdır

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün müraciət etmiş namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə test imtahanının keçirilməsi nəzərdə tutulmuşdur.
Vəkillər Kollegiyasına qəbul iki mərhələdən ibarətdir. Birinci yazılı (test) imtahanın, ikinci şifahi müsahibənin keçirilməsidir.
AzərTAc xəbər verir ki, iyunun 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İxtisas Komissiyası (VİK) ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
İmtahan Bakı Dövlət Universitetinin yeni tədris binasında saat 10:00-da başlanmış və 3 saat davam etmişdir.
Birinci yazılı (test) imtahan mərhələsində iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 74 nəfəri imtahana gəlməmişdir.
Yazılı imtahanda namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunmuşdur. Vəkillər Kollegiyası tərəfindən hazırlanmış 80 sual namizədlərin hüquq sahəsi üzrə birliyini, TQDK tərəfindən hazırlanmış 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçün müəyyən edilmişdir. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilmişdir.
Yazılı (test) imtahanın yekununa görə, birinci mərhələdə tələb olunan imtahan şərtini ödəyərək test imtahanından 60 və daha çox bal toplayan 177 nəfər imtahanın növbəti ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılmışdır.
İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilmiş və namizədlərin imtahan nəticələri haqqında arayışlar Vəkillər Kollegiyasına təqdim olunmuşdur.
Növbəti ikinci mərhələ Vəkillər Kollegiyası tərəfindən aparılacaqdır. Yazılı test imtahanından keçid balı toplamış namizədlərlə şifahi müsahibə keçiriləcəkdir.
İkinci mərhələdən keçənlər isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 3 aylıq təhsil alacaqlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiyanın üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş, vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə biləcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında