Çexiyanın Liditse şəhərində Xocalı və Azərbaycanın Xocalı qəsəbəsində Liditse küçələri açılacaqdır

Azər-Çex Cəmiyyətinin məlumatına görə, 2010-cu ildə imzalanmış memoranduma görə, Çexiyanın Liditse şəhərində Xocalı və Azərbaycanın Xocalı qəsəbəsində Liditse küçələri açılacaqdır.
Bu məqsədlə Azərbaycanın Goranboy rayonunda, Xocalı köçkünləri məskunlaşmış qəsəbədə iyulun 8-də Liditse küçəsinin təntənəli açılış mərasimi keçiriləcəkdir. Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula, Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Goranboy və Xocalı rayonları icra hakimiyyəti başçıları iştirak edəcəklər. Çexiyada fəaliyyət göstərən diasporumuzu iyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayında təmsil etmək üçün təşkilatın sədri Elşən Nəzərov və Liditse Xatirə Kompleksinin nümayəndəsi Vladimir Kovaçik Azərbaycana səfərə gələcəklər. Qurultaydan sonra isə onlar Liditse küçəsinin açılışında iştirak edəcəklər.
Xatırladaq ki, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı bu təkliflə ilk dəfə 2007-ci ildə çıxış etmişdir. Erməni faşistlərinin məhv etdiyi Xocalı şəhəri ilə Liditse tale baxımından bir-birinə çox bənzəyirlər. Liditse şəhəri də 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan olunmuş, əhalisi isə məhv edilmişdir. 1992-ci ildə Xocalıda 63, 1942-ci ildə Liditsedə isə 82 uşaq qətlə yetirilmişdir.

{nl}

Pərvanə QARAYEVA AzərTAc-ın xüsusi müxbiri
Praqa

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında