Böyük Vətən müharibəsi veteranları bizim fəxrimizdir

İkinci Dünya müharibəsində Kürdəmir rayonundan cəbhəyə 7182 nəfər yola düşmüş, onlardan 227 nəfəri həlak olmuş, 2446 nəfəri isə itkin düşmüşdür. Cəbhəyə gedənlərdən yalnız 4509 nəfəri geri qayıtmışdır. Faşizmlə ölüm-dirim savaşında göstərdiyi şücaətə görə Məmiş Abdullayev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, onlarca kürdəmirli müxtəlif orden və medallarla təltif olunmuşdur.
Bu faktlar faşizim üzərində Qələbənin 65 illiyi münasibətilə Kürdəmirdə keçirilmiş tədbirdə səsləndirilmişdir.
İştirakçılar əvvəlcə Heydər Əliyev adına parkda ulu öndərimizin abidəsini ziyarət etmiş, önünə çicəklər qoymuş, Heydər Əliyev muzeyində eksponatlara baxmışlar.
"Günəş" şadlıq sarayında çay süfrəsi arxasında davam ertdirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri sıraları seyrələrək cəmi 47 nəfər qalmış müharibə veteranları ilə görüşmüşlər. Döyüşlərdə və cəbhədən qayıdaraq sonradan həlak olan kürdəmirlilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Qələbənin 65 illiyi münasibətilə veteranları təbrik etmiş, onlara azad, müstəqil və getdikcə çiçəklənən ölkəmizdə daha uzun ömür, sakit və gözəl həyat arzulamışdır. Sonra diqqəti ötən əsrin sonuncu onilliyində Azərbaycanın müstəqilliyi uğrunda çətin mübarizə illərinə cəlb edən natiq havadarlarının köməyinə arxalanan ermənilərin Azərbaycan torpaqlarının işğalı, ölkəmizi parçalamaq kimi məkrli niyyətləri barədə danışmışdır. Qeyd etmişdir ki, məhz o ağır illərdə - 1993-cü ildə xalqımızın qəhrəman oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev xarici və daxili maneələri dəf edərək xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı və Azərbaycanı xilas etdi. Məhz o vaxtdan ölkəmiz azad, sivil dövlət quruculuğu yoluna qədəm qoydu. Ulu öndərimizin işləyib hazırladığı daxili və xarici siyasət strategiyası Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. Bu gün həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Artıq Azərbaycan regionun ən qüdrətli dövlətinə, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
"Veteranlar fəxrimiz, bizim üçün əziz insanlardır" deyən natiq, onlara qayğının bundan sonra da daim diqqətdə saxlanılacağını vurğulamışdır.
Tədbirdə Böyük Vətən müharibəsi veteranları xatirələrini danışmış, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Axırda veteranlara maddi yardım verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında