Azərbaycanla Argentina arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

İyunun 28-də Azərbaycanda səfərdə olan Argentina Respublikası Gömrük İdarəsinin baş direktoru xanım Maria Siomara Ayera Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşmüşdür. 
Görüşdə Aydın Əliyev Azərbaycanda gedən sürətli iqtisadi inkişafdan, gömrük sahəsinin daha da təkmilləşdirilməsinə göstərilən dövlət qayğısından danışmışdır.
Azərbaycan ilə Argentina arasında gömrük sahəsində əlaqələrin gücləndirilməsindən məmnunluğunu ifadə edən komitə sədri bildirmişdir ki, cari ilin fevral ayında iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Vurğulamışdır ki, Argentinanın kontrafakt mallar üzrə təcrübəsi çox genişdir və bu təcrübəni öyrənmək niyyətindəyik. Biz isə "bir pəncərə" sisteminin tətbiqi, risklərin idarə olunması sahəsində təcrübəmizi qonaqlarla bölüşəcəyik.
Aydın Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat vermişdir.
Komitə sədri qonaqları oktyabrda Dünya Gömrük Təşkilatının Bakıda regional ofisinin açılışına dəvət etmişdir.
Maria Siomara Ayera qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini bildirmişdir.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Səfər iyunun 30-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında