Monqolustanda OANA İcraiyyə Komitəsinin iclası başlanmışdır

İyunun 28-də Monqolustanın paytaxtı Ulan-Batorda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 33-cü iclası işə başlamışdır. Tədbir OANA-nın 50 illik və Monqolustanın MONTSAME agentliyinin 90 illik yubileyi ilə bir vaxta düşmüşdür. 
AzərTAc-ın və Trend agentlikləri nümayəndələrinin də iştirak etdikləri iclasda Monqolustanın Baş naziri S.Batbold, OANA-nın prezidenti Hilmi Bengi, MONTSAME agentliyinin baş direktoru T.Baasansuren çıxış etmişlər.
Tədbirdə OANA və Ərəb İnformasiya Agentlikləri Federasiyası (FAHA) arasında sazişin layihəsi bəyənilmiş, habelə OANA-nın yeni saytı təqdim olunmuşdur.
İclasda bu ilin dekabrında Tailandda OANA-nın yaradılmasının 50 illiyinə həsr olunmuş xüsusi görüş keçirmək barədə qərar qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında