Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə əlaqələndirmə mərkəzi açılmışdır

İyunun 28-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə əlaqələndirmə mərkəzinin rəsmi açılışı olmuşdur. 
Açılışda Baş nazirin müavini Elçin Əfəndiyev, BSTA-nın Baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri Zbiqnev Derdzyuk, DSMF-nin sədri Səlim Müslümov, BSTA-nın Nəzarət Komissiyasının üzvü xanım Mariya Borta və digər şəxslər iştirak etmişlər.
Səlim Müslümov bildirmişdir ki, Bakıda mərkəzin açılması ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərin, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir. Regional mərkəzin yaradılmasının məqsədi BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaqdır. Bundan başqa, əlaqələndirmə mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi aparılacaq, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcəkdir.
Baş nazirin müavini Elçin Əfəndiyev bildirmişdir ki, BSTA-nın Bakıda mərkəzinin açılması bu qurumun Azərbaycana göstərdiyi diqqətin, qiymətin nümunəsidir. Azərbaycanın region dövlətləri arasında sürətli iqtisadi inkişafını təmin edən uğurlu sosial siyasətin həyata keçirilməsi hamı tərəfindən qəbul edilən bir həqiqətdir. Bu siyasətin əsası ümummilli lider tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın adambaşına düşən ümumi daxili məhsul istehsalına görə sürətlə inkişaf edən ölkələrə yaxınlaşması, 35 milyard dollara yaxın valyuta ehtiyatı yaratması, orta aylıq əmək haqqı və pensiyaların məbləğinin son 7 ildə 5 dəfə artırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir. Son 7 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 4 dəfə azalaraq 9 faizə enmişdir. Sığorta-pensiya sistemində aparılan islahatların uğurlu nəticələri üçün beynəlxalq təcrübənin böyük rolu vardır. Azərbaycan BSTA-nın regionda ən fəal üzvüdür. Əminəm ki, mərkəz qarşıya qoyulan vəzifələri uğurla reallaşdıracaqdır.
BSTA-nın Baş katibi Hans-Horst Konkolevski Avrasiya regionunun BSTA üçün vacibliyini vurğulamış və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının DSMF tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirmişdir. Diqqətə çatdırmışdır ki, mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti vardır və BSTA öz bilik və təcrübəsini ortaya qoyaraq bu mərkəzi dəstəkləyəcəkdir.
Xatırladaq ki, ölkəmiz BSTA-nın büro üzvü, eyni zamanda inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında