Xarici ölkələrin vətəndaşlarına qarşı zor tətbiq etmiş şəxslərdən ikisi həbs olunmuşdur

Xəbər verildiyi kimi, iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Deviesin və ABŞ vətəndaşı Amanda Eriksonun döyülmələri barədə Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olmuşdu. 
Bu məlumat əsasında idarənin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri cinayəti törətmiş şəxslərdən ikisinin - Bakının Ramana qəsəbəsinin sakini, 1993-cü il təvəllüdlü Adil Hüseyn oğlu Tağızadənin və Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Roman Musa oğlu Həsənovun həbsi ilə nəticələnmişdir.
Cinayətin adları istintaqa məlum olan digər iki iştirakçısının da tapılıb tutulması və məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə görülən işlər Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarətindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında