Florida ştatının Mayami-Deyd dairəsində mayın 28-i "Azərbaycanın milli bayram günü" elan edilmiş və Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmışdır

Amerikanın şəhərləri və ştatları tərəfindən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmasından ibarət zəfər yürüşü davam edir.
Florida ştatının Mayami-Deyd dairəsi mayın 28-ni Azərbaycanın milli bayram günü elan etmişdir. Bununla əlaqədar qəbul edilmiş proklamasiyada qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi BMT tərəfindən qəbul edilmişdir, onun ərazisi 33.440 kvadratmil (88.610 kvadratkilometr) olmaqla Qarabağ regionunu və Naxçıvan eksklavını da əhatə edir.
Bir məqam xüsusilə vacibdir ki, Qarabağa münasibətdə "anklav" deyil, "region" terminindən istifadə edilmiş, Naxçıvan isə haqlı olaraq eksklav adlandırılmışdır.
Mayami-Deyd dairəsinin proklamasiyasında Florida ştatının ictimai həyatında Azərbaycan-Amerika Şurasının rolu da vurğulanır.

{nl}

Pərvanə QARAYEVA AzərTAc-ın xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında