Nəsimi rayonunda nümunəvi həyətlər istifadəyə verilmişdir

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana müvafiq olaraq silsilə tədbirlər davam edir.
Bu tədbirlərdən biri də rayon ərazisində 10 nümunəvi həyətin yaradılması olmuşdur. Mir Cəlal, Cavadxan, Asif Məhərrəmov və sair küçələrdəki həyətlərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri görülmüşdür. Həyətlərdə həmişəyaşıl dekorativ kollar əkilmiş, bardürlər təzələnmiş, yeni asfalt örtükləri salınmış, ağartma işləri görülmüşdür. Ahıl sakinlərin istirahət etmələri üçün köşklər və oturacaqlar qurulmuş, uşaq oyun elementləri quraşdırılmışdır.
Dünən həmin həyətlər istifadəyə verilmişdir. Sakinlər bu tədbiri həyata keçirənlərə minnətdarlıqlarını bildirmişlər.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında