Sənayedə qeyri-neft sektoru sürətlə inkişaf edir

Azərbaycanın sənaye sahələrində başa vurulan son beş ayda 12,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Neft və qaz hasilatı sənayesində azalma, qeyri-neft sahələrində isə 10,6 faizlik artım olmuşdur. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma bölməsində, 18,4 faizi emal bölməsində, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Beş ay ərzində neft hasilatı 20 milyon ton, təbii qaz hasilatı isə 10,7 milyard kubmetr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 78,5 faizini təşkil etmiş, ümumi istehsalın 91,5 faizi sənaye mallarının (əmtəələrin), 8,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında