Azərbaycanlı ekspertlər Türkiyəyə səfər edəcək

İyunun 27-dən 30-dək Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Ankaraya səfər edəcəkdir. 
SAM-da bildirmişlər ki, səfər çərçivəsində mərkəzin direktor müavini Gülşən Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Xarici İşlər Nazirliyi, bu ölkədə fəaliyyət göstərən beyin mərkəzləri və KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulmuşdur.
Azərbaycanlı ekspertlər Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) Universitetində "Türkiyə-Azərbaycan münasibətlərinin regiona təsiri" mövzusunda təşkil olunacaq "dəyirmi masa"ya da qatılacaq, regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında