Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə olmuşdur

Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək Fransada işgüzar səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər zamanı nümayəndə heyəti Fransa Aeronavtika və Kosmos Sənayeləri Qrupu tərəfindən təşkil edilən 49-cu Beynəlxalq Aeronavtika və Kosmos Salonu sərgisində iştirak etmiş, bir sıra ölkələrin şirkətlərinin nümayiş etdirdikləri texnika və avadanlıqla yaxından tanış olmuşdur.
Həmçinin səfər çərçivəsində Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Mariani ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında görüş olmuş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında