Səbail rayonunda qaliblər nəslinə dərin ehtiram

Bakının Səbail rayonunda da II Dünya müharibəsində Qələbənin 65 illiyi geniş şəkildə qeyd olunur. Rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində sərgilər təşkil olunmuşdur. Müharibə qəhrəmanlarının şərəfinə abidələrin ucaldığı parklarda təmir işləri aparılmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəman Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun abidələri önündə veteranlar, gənclər, hərbçilər və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir.
Bibiheybət qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan yeni abidə kompleksinin bayram ərəfəsində açılış mərasimi keçirildi. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar yubiley münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi. Natiq qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş Qələbədə Azərbaycan xalqının da layiqli payı var.
Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınmışdı. 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi. Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlərdə, Qafqazda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə on minlərlə soydaşımız orden və medallarla təltif olunmuşdur. 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüşdür. 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdü. O illərdə SSRI-də çıxarılan neftin 70 faizini Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərazisində də belə hospitallar yerləşmişdi.
Mərasimdə qeyd olundu ki, Azərbaycan xalqı bu gün də müharibədəki fəal iştirakı, göstərdiyi hünərlə fəxr edir. Müharibə veteranlarına xalqımız və dövlətimiz böyük ehtiram göstərir. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, problemləri ilə yaxından maraqlanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 65 illiyi ərəfəsində ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi veteranlara olan dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrini söyləmişdilər, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda veteranlara Qələbənin 65 illiyi xatirə medalı və hədiyyələr təqdim olundu.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında