Yaponiyada iki zəlzələ olub

İyunun 23-də səhər Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə iki zəlzələ baş verib.
ABŞ-ın Geoloji Xidmətindən bildiriblər ki, yeraltı təkanlar 2011-ci ilin martında zəlzələ və sunamidən zərər çəkən İvate prefekturasının Miyako şəhərində qeydə alınıb. Dağıntılar və itkilər barədə heç bir məlumat verilməyib. Yaponiyanın meteoroloji agentliyi İvate prefekturasında sunami təhlükəsi barədə xəbərdarlıq yaysa da, bir qədər sonra onu ləğv edib.
Xatırladaq ki, martın 11-də Yaponiyanın şimal-şərqində baş verən 9 maqnitudalı zəlzələ və onun ardınca gələn sunami nəticəsində 23 mindən çox adam həlak oldu və itkin düşdü. Bundan başqa, təbii kataklizmlər "Fukusima-1" AES-də qəzanın baş verməsinə gətirib çıxardı. Onun nəticələri hələ də aradan qaldırılır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında