Azərbaycanda 10 764 nəfər dövlət qulluqçusu kimi pensiya alır

Məlum olduğu kimi, 23 iyun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunmuşdur. Artıq altıncı ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir. Onlardan 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır.
Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşlarına uyğunlaşdırılır.
Onu da bildirmək lazımdır ki, 2011-ci il aprel ayının 1-nə olan statistikaya görə, Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında