Dövlət Dəniz Administrasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "dəyirmi masa" keçirilmişdir

Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən bildirmişlər ki, mayın 7-də ARDDA-da ümummilli lider Heydər Əliyevin anadan olamsının 87-ci ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir.
Tədbiri giriş sözü ilə ARDDA-nın rəis müavini Şahlar Məmmədov açaraq Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışmış, ulu öndərin keçdiyi çətin və şərəfli yola nəzər salmışdır.
ARDDA-nın rəisi Qüdrət Qurbanov "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olmuşdur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Natiq ulu öndərin həyatımızın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı kompleksinin yaradılması və inkişaf etdirilməsi istiqamətində də müstəsna xidmətlərindən ətraflı bəhs etmişdir.
Qeyd edilmişdir ki, ulu öndərin böyük uzaqgörənliyi sayəsində, onun SSRİ dövründə təməlini qoyduğu bu istiqamətdəki möhtəşəm işlər qorunaraq, daha da inkişaf etdirilmişdir. Dəniz Donanmasına malik olan digər keçmiş sovet respublikalarında donanmalar israf edildiyi halda, ölkəmizdə dövlət iqtisadiyyatının strateji cəhətdən mühüm sahəsinin üzərində nəzarət saxlanılmış və bu sahə daha da gücləndirilmişdir. Azərbaycan 1995-ci ildən hazırda 182 dövlətin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Respublikamız 20-dən artıq Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yeri olan dəniz nəqliyyatı qarşıda duran mühüm vəzifələri layiqincə yerinə yetirir.
"Dəyirmi masa"da ARDDA-nın gəmi heyəti şöbəsi pasport sektorunun müdiri Tofiq Mədətov, mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev, gəmi heyəti şöbəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva və başqaları ümummilli liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi islahatların aparılması, uğurlu daxili və xarici siyasət, dövlət idarəçiliyində qadınların və gənclərin rolunun yüksəldilməsindən, ictimai-siyasi həyatın digər sahələrində həyata keçirdiyi böyük və möhtəşəm işlərdən danışmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında