Qəbələ şəhərinin su təchizatı yenidən qurulur

"Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının birinci mərhələsi üzrə işlər sürətlə davam etdirilir."Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 2011-ci il aprelin 7-də təməlqoyma mərasimi keçirilən layihə çərçivəsində Qəbələ şəhərində sugötürücü qovşaq, su anbarları tikilir, anbarlararası boru xətləri çəkilir, subartezian quyuları qazılır. 
Qəbələnin şimalında, Dəmiraparan çayının sahilində suqəbuledici kompleks - hər birinin tutumu min kubmetr olan 2 ədəd su anbarı, xlorator qurğusu və laboratoriya binasının inşasına da artıq başlanıb. İndiyədək paralel olaraq ərazidə 2 sınaq və 1 istismar quyusu qazılıb, 3 istismar quyusunun qazılmasına isə hazırlıq görülür. Mütəxəssislər sınaq quyularının özünü doğrultduğunu və layihədə nəzərədə tutulduğu qədər su verdiyini təsdiqləyirlər. Gələcəkdə 5 quyudan saniyədə 62,5 litr su çıxarılacaq və bu, istehlakçıların tələbatını tam ödəyəcək.
Podratçı şirkət suyun əhaliyə özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Qəbələnin coğrafi hündür nöqtələrində 6 yeni anbar inşa edir. Mövcud 2 anbar isə yenidən qurulub istismara veriləcək. Ümumilikdə bu anbarların su tutumu 4400 kubmetr təşkil edəcək.
"Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin ikinci mərhələsində su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, üçüncü mərhələsində isə çirkab sutəmizləyici qurğununu tikintisi planlaşdırılır.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında