Dövlət Qulluqçuları Günü ölkəmizdə geniş qeyd olunmuşdur

Nəsimi
2002-ci ildə BMT-nin Baş Assambleyası 23 iyun tarixini Dövlət Qulluğu Günü elan etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən həmin gün Azərbaycanda Dövlət Qulluqçuları Günü kimi qeyd edilir. Dövlət qulluqçularının peşə bayramı münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq iştirakçıları təbrik etmişdir. Natiq bildirmişdir ki, uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, keyfiyyətli kadr korpusunun yaradılması, rəsmi qurumların vahid dövlət siyasətini həyata keçirən orqanlara çevrilməsi yönündə zəruri tədbirlər görülür. Bu sahədə aparılan islahatlar nəticəsində dövlət orqanlarının səlahiyyətləri dəqiqləşdirilmiş, səmərəli və demokratik idarəçilik metodları təşəkkül tapmışdır. Bu isə öz növbəsində Azərbaycanda güclü hüquqi, demokratik dövlətin bərqərar olmasına öz töhfəsini verir.
N. Məhəməliyev dövlət qulluqçularının qarşısında duran vəzifələrdən danışmışdır. O, səmərəli fəaliyyətlərinə görə rayon icra hakimiyyətinin üç əməkdaşının dövlət qulluğu dərəcələrinin artırıldığını bildirmişdir.
Çıxış edənlər fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaq yönündə səylərini artıracaqlarını bildirmişlər. Sonda fərqlənən dövlət qulluqçularına mükafatlar təqdim olunmuşdur.

{nl}

Zaqatala
Zaqatala rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Heydər parkında ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının ümummilli liderimiz, dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ulu öndərin rəhbərliyi altında "Dövlət qulluğu haqqında" qanunun və digər hüquqi-normativ sənədlərin qəbul edildiyini, bu siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etmişdir.
Natiq söyləmişdir ki, məhz ölkə rəhbərinin sərəncamı ilə 2006-cı ildən etibarən hər il iyun ayının 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Daha sonra natiq dövlət qulluğu siyasətinin əsas məqsədinin ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən ibarət olduğunu bildirmiş, dövlət qulluqçularının əsas vəzifələri, hüquqları, bəzi xüsusiyyət və keyfiyyətləri barədə danışmışdır.
Tədbirin sonunda dövlət orqanlarında uzun müddət səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə fərqlənən bir sıra dövlət qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

{nl}

Ayaz HƏMİDOĞLU, İ.MUSAOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında