Səbaillilərin əsgərlərə bayram sovqatı

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə rayon ərazsində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı olmuşlar. Səbaillilər əvvəlcə hərbi hissənin ərazisini gəzmiş, Səbail Rayon İcra Hakimiyyətinin köməyi ilə həyətə və yola salınmış asfalt örtüyünün keyfiyyəti, yeni təbliğat materialları ilə tanış olmuşlar. Qonaqlar kazarmalara da baxmış, əsgərlərimizin xidmət və məişət şəraiti ilə maraqlanmış, onlarla söhbət aparmışlar.
Şəxsi heyətlə rəsmi görüş Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmşdır. Hərbi hissənin komandiri polkovnik-leytenant Fehruz Əzizov əlamətdar bayram münasibəti ilə əsgərləri təbrikə gəlmiş Səbail rayon nümayəndələrini salamlamış, şəxsi heyətin xidmət və döyüş hazırlığı, əldə etdiyi uğurlar barədə məlumat vermişdir. O, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, keçirilən bu şənliyin hərbiçilərə ruh yuksəkliyi, bayram sevinci gətirdiyini vurğulamışdır.
Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə əmin oluduğunu söyləmişdir. Başçı lazım gələrsə Prezidentimizin əmri ilə müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Qeyd edilmişdir ki, bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və 2011-ci il üçün 2,4 milyard manat (3 milyard ABŞ dolları) olması gözlənilir. Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə Azərbaycanda 86 adda müdafiə təyinatlı məmulatların istehsalına başlamış, onların həcmi son 1 il ərzində 4 dəfə artaraq 350-yə çatdırılmışdır.
Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupuna Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri verilmiş, rayon kollektivlərinin hazırladıqları sovqatlar şəxsi heyətə təqdim edilmişdir.
Sonra respublikamızın tanınmış incəsənət ustaları əsgərlərimiz üçün bayram konserti vermişlər. Gülüş ustaları Rəfail və Coşqunun apardıqları şənlikdə çıxış edən əməkdar artist Tünzalə Ağayeva, populyar müğənnilər Sevda Yəhyayeva, Aslan Hüseynov və meyxanaçı Vüqarın ifaları əsgərlərə unudulmaz dəqiqələr bəxş etmişdir.
Sonda Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında