Prezident İlham Əliyevin Krans Montana Forumunun ali mükafatına layiq görülməsi Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Krans Montana Forumunun ali mükafatına layiq görülməsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. 
Nüfuzlu "Star" qəzetinin "Obama və Ərdoğandan sonra Əliyev də Krans Montana Forumunun ali mükafatına layiq görüldü" başlıqlı xəbərində deyilir ki, Azərbaycan dövlətinin başçısı ABŞ Prezidenti və Türkiyənin Baş naziri ilə birlikdə bu mükafatı alan üçüncü liderdir.
Qəzetin xəbərində o da vurğulanır ki, Brüsseldəki "Le Plaza" otelindəki mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın enerji sektoru ilə yanaşı digər sahələrdə də inkişaf etdiyini söyləmiş, Ermənistanın Dağlıq Qarabağ probleminin həllinə dair mövqeyini tənqid etmişdir.
"Bəyaz qazete" isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinin sədri Yeji Buzeklə görüşü və keçirdiyi birgə mətbuat konfransı haqqında məlumat vermişdir. Qəzetin dərc etdiyi xəbərdə vurğulanır ki, dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa İttifaqının prezidenti Herman Van Rompey ilə görüşləri də faydalı olmuşdur.
Türkiyənin rəsmi Anadolu və "Cihan" xəbər agentliklərinin xəbərlərində də Azərbaycan Prezidentinin Avropa İttifaqı və Avropa Parlamentinin rəhbərləri, habelə dövlət və hökumət başçıları ilə görüşlərinə geniş yer verilmişdir. Bu çərçivədə Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini vurğulaması, onun Azərbaycan ərazilərinin işğalına son qoyulması məsələsində qətiyyəti xüsusi olaraq qeyd edilmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında