Levon Ter-Petrosyan: "Azərbaycan bizdən 5 dəfə yüksəyə qalxıb"

AZADİNFORM. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Rusiyanın "Moskovski komsomolets" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdə baş verən hadisələrə toxunaraq bildirib ki, SSRİ-nin dağılmasından sonra yaradılan MDB Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, bu qurumsuz Ermənistan özünü rahat hiss edə bilməzdi.
"Azadinform"un məlumatına görə, erməni müxalifət hərəkatının lideri daha sonra bildirib ki, Ermənistan-Türkiyə münasibətləri normallaşmayana və sərhədlər açılmayana kimi Ermənistanın inkişaf perspektivi yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Levon-Ter Petrosyan vurğulayıb ki, Qərb bu problemin həllinə elə də ciddi səy göstərmir: "Hər halda, məndə belə bir təəssürat yaranıb. Amerikanın digər böyük problemləri var. Buna görə münaqişənin həllində şans Rusiyanın əlinə keçir. Rusiyanın isə şansı var". Erməni Milli Konqresinin lideri bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində perspektiv gördüyünü bəyan edib. Daha sonra eks-prezident bildirib ki, münaqişə başlananda Ermənistan əhalisinin sayı 4 milyon idi. İndi isə bu rəqəm 2,5 milyona düşüb: "Bax, budur bizim itirdiyimiz. İndi bizim üçün çox çətindir. O zaman Azərbaycan və Ermənistan ÜDM-nin səviyyəsinə görə eyni səviyyədə idilər. 13 il sonra Azərbaycan bizdən ÜDM-nin həcminə görə 5 dəfə yüksəyə qalxıb".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında