Azərbaycan Fövqəladə Hallar Nazirliyi sel və doludan zərər çəkmiş rayonlara tikinti materialları yola salıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel və doludan zərər çəkmiş rayonlara tikinti materialları yola salıb.
APA-nın məlumatına görə, bu gün dolu yağması nəticəsində zərər çəkmiş Füzuli və Gədəbəy rayonlarına yardımın növbəti partiyası yola salınıb: FHN-in Tikilməkdə olan Obyektlər Birləşmiş Müdiriyyətinin rəisi İbrahim Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, 3 maşında ümumilikdə 3 min ədəd şifer yola salınır:"Mütəmadi olaraq rayon icra hakimiyyətlərinin müraciəti əsasında yerlərdə araşdırmalar aparılır. Dövlət başçısının tapşırığı əsasında həmin rayonlar lazım olan materiallarla təmin olunur".
İ.Quliyevin sözlərinə görə, bu günədək Şamaxı rayonuna 43 min, Zaqatalaya 3 min ədəd, həmçinin Ağsu rayonuna xeyli şifer materialı, taxta və şüşə yola salınıb. Ümumilikdə bütün rayonlara 80 min ədədə yaxın şifer göndərilməsi nəzərdə tutulur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında