Azərbaycanın Gəncə şəhərində Bayraq meydanı inşa ediləcək

Gəncədə Bayraq meydanı inşa ediləcək. Bayraq meydanı Gəncə çayının sağ sahilində yerləşəcək.
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Bayraq meydanının inşası üçün lazım olan bütün avadanlıqlar və inşaat materialları adı çəkilən əraziyə gətirilib və yaxın vaxtlarda Bayraq meydanının inşasına başlanılacaq. Yeni inşa ediləcək Bayraq meydanının ətrafında isə istirahət guşəsi yaradılacaq.
Qeyd edək ki, Bayraq meydanında eni 18, uzunu 36 metr olan Azərbaycanın üçrəngli bayrağı 76 metr hündürlükdə dalğalanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında