Füzuli Ələkbərov: 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir

"Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır və qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir".
Bu fikirləri yap.org.az saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
Nazirin sözlərinə görə, bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil etmişdir və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir.
F.Ələkbərov bildirib ki, 2003-2010-cu illər ərzində ölkəmizdə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə vermiş, digər tərəfdən, əmək haqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərinin artırmasına münbit şəraitin yaradılması və s. amillər bu uğurun əldə edilməsində mühüm rol oynamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında