Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 22-də axşam saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb, Türyançay, Ağçay, Hamamçay və Kürmükçay çaylarından qısamüddətli daşqın keçib. Hazırda Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-455, Balakən-Şəki bölgəsi çaylarında 90-202, Lənkəran-Astara bölgəsi çaylarında 100-450, Kiçik Qafqaz çaylarında 65-90, Naxçıvan MR çaylarında isə 135 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 kub metr/saniyə, yəni ongünlük normanın 111 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 190 kub metr/saniyə, yəni ongünlük normanın 114 faizini təşkil edir.
Hazırda Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 545 santimetr, Şirvanda 474, Salyanda 515, Bankədə 327, Araz çayının Novruzlu məntəqəsində isə 315 santimetr təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında