Suraxanı rayonunda "Gül bayramı"

Hər il olduğu kimi, bu il də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı Suraxanı rayonunda "Gül bayramı" təntənəli şəkildə qeyd edilmişdir.Tədbir Heydər Əliyev parkında keçirilmişdir. Başdan-başa müxtəlif gül kompozisiyaları ilə bəzədilən park, sanki, bayram libası geyinmişdi.Güldən yaradılan tablolar ürək oxşayırdı.
Heydər Əliyev parkı rayonun Əmircan qəsəbəsində 4 hektar ərazidə yaradılmışdır. Parkın 3 hektara qədəri yaşıllaşdırılmışdır. 10 min ədəd dekorativ kol, 5 min ədəd müxtəlif növ güllər əkilmiş, bütün ərazi yaşıl çəmənlə örtülmüşdür. Müxtəlif əyləncə qurğuları, söhbətgahlar quraşdırılmış, uşaq meydançası və qumluq sahə düzəldilmişdir.
Açıq hava şəraitində ən müasir tələblərə cavab verən idman - trenajor qurğuları quraşdırılmışdır. Trenajor meydançasında həm gənclərin, həm də yaşlı insanların tələblərinə cavab verən şərait var. 23 istirahət meydançasında və parkın digər guşələrində 100-ə qədər müxtəlif formalı oturacaqlar quraşdırılmışdır. Yüzlərlə çilçıraq ərazini işıqlandırır. Parkda musiqili fəvvarələr quraşdırılaraq "Su teatrı" yaradılmışdır.
Bayramın rəmzi açılışı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, qonaqların, rayon ictimaiyyəti nümayəndələrinin ulu öndər Heydər Əliyevin parkda ucalan əzəmətli abidəsini ziyarət edərək önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı.Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının da iştirakı ilə rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbinin, 28 məktəbəqədər tərbiyə müəssisəsinin və digər təşkilatların kollektivlərinin əl işlərinə baxış keçirildi.87, 114, 315, 279,275,226, 318, 280 saylı məktəblərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə ürəklə hazırladıqları əl işləri xüsusi maraqla qarşılandı.
Gül kompozisiyalarını, əl işlərini , müxtəlif pannoları diqqətlə nəzərdən keçirən qonaqlar, münsiflər heyəti bir çox hallarda heyrətlərini gizlədə bilmirdilər.87 saylı orta ümumtəhsil məktəbinin rəngarəng güllərdən hazırladıqları paltarlar hamının diqqətini çəkird.
Gül bayramı rayon ərazisində yerləşən mədəniyyət ocaqlarının bədii kollektivlərinin hazırladıqları konsertin müşayiəti ilə davam etdi.
Sonra İrəvan Dövlət Dram Teatrı aktyorlarının ifasında Aqşin Babayevin ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş "Xilaskar"tamaşası oynanıldı.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında