Xidməti, icra və əmək intizamının pozulması hallarına yol verən prokurorluq orqanları əməkdaşları barəsində ən qəti tədbirlər görülür

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının səyləri ilk növbədə hərtərəfli islahatların yeni müstəvidə və müasir məzmunda davam etdirilməsinə, 2009-2011-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasına, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud nöqsan və çatışmazlıqların, xidməti, icra və əmək intizamının pozuntusu hallarının dərhal aradan qaldırılmasına yönəldilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur.
Cari ilin aprel-iyun ayları ərzində xidməti intizamın kobud pozuntusu hallarına yol verdiklərinə görə Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Əhməd Fərhadov prokurorluq orqanlarından xaric edilmiş, Göygöl rayon prokuroru Füzuli Əliyev, Masallı rayon prokurorunun müavini Vaqif Bayramov və Göygöl rayon prokurorluğunun müstəntiqi Babək Paşayev tutduqları vəzifələrdən azad edilmişlər.
Bundan başqa, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verdiklərinə, eyni zamanda qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində vaxtında zəruri tədbirlərin görülməsini təmin etmədiklərinə görə 14 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 11 nəfərə şiddətli töhmət və töhmət elan edilmişdir. Eləcə də tabeliklərində olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olmaqla qanunsuzluqlara yol verən 5 rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun məsul şəxsləri intizam məsuliyyətinə cəlb edilmişlər.
Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttini qətiyyətlə davam etdirməklə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallığını daha da artıracaqdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında