"İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı?" sorğusu başa çatıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az ) növbəti interaktiv sorğu keçirilmişdir. Bu dəfəki sorğu zamanı respondentlərə "İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı" - sualı ünvanlanmışdır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, sorğunun yekun nəticələri artıq açıqlanmışdır və bu nəticələrə əsasən, respondentlərin 61,9 faizi "İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı" sualına "bəli" cavabını vermişlər. "Xeyr" cavabını verənlərin sayı sorğuda iştirak edənlərin 34,1 faizini təşkil etmişdir. Sorğuya qatılanların 4 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulamışlar. 
Sorğunun nəticələrinə istinad etsək görərik ki, ümumilikdə sorğuda iştirak edənlərin çoxu, yəni 61,9 faizi işəgötürənlə əmək müqaviləsi imzaladığını bildirsə də, ümumilikdə 38,1 faiz əmək müqaviləsi imzalamadan çalışdığını ifadə edib ki, bu da kiçik göstərici deyildir.
Qeyd etmək yerinə düşər ki, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz mənfi təsirini göstərir və bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi mütəmadi həyata keçirilməkdədir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına rast gəlinməkdədir. Təəssüf doğuran odur ki, bu kimi halların müşahidə olunmasına işçilərin öz hüqüqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Unutmaq olmaz ki, hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya - müavinət (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) təminatından məhrum etmiş olur.
DSMF rəsmiləri bildirirlər ki, hər bir vətəndaş onun sosial təminatının gələcəyinin öz əlində olduğunu bilməlidir. Eyni zamanda, unutmamalıdır ki, onun bu prosesdə fəal iştirak etməsi gələcəkdə sosial hüquqlarının tam təmin olunması ilə nəticələnəcəkdir. Pensiya - müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında