"Krım-2011" Beynəlxalq Kitabxana Konfransında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" nın Tədbirlər Planında Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə nəzərdə tutulan beynəlxalq tədbirlərdə Azərbaycan kitabxanaçılarının iştirakı və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
Bu məqsədlə Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində keçirilən "Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində" XVIII Beynəlxalq Kitabxana Konfransında Azərbaycan kitabxanaçıları iştirak etmişlər. Sözügedən Konfransda Azərbaycanın kitabxana-informasiya sahəsini Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanasının kitabxanaçıları təmsil etmişlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Konfransda təbrik sözü ilə "Krım-2011" Beynəlxalq Kitabxana Konfransının təşkilat komitəsinin sədri, Rusiya Dövlət Elmi-Texniki Kitabxanasının baş direktoru Y.L.Şrayberq, "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsinin sədri E.İ.Kuzmin, Krım Muxtar Respublikasında Ukrayna Prezidentinin daimi nümayəndəsi V.Q.Yasuba, Krım Muxtar Respublikasının Nazirlər Sovetinin sədri V.Q.Jartı, Ukrayna Mədəniyyət naziri M.A.Kulinyak, Moskva Şəhər Mədəniyyət Departamentinin sədr müavini O.V.Qrişina və başqaları çıxış edərək XXI əsrdə informasiya cəmiyyətinin formalaşmasında, habelə cəmiyyətin artan informasiya tələbatının ödənilməsində kitabxanaların rolu haqqında çıxış etmişlər.
Konfransın dördüncü günü Azərbaycan kitabxana mütəxəssisləri İ. Qaspirinski adına Krım-tatar kitabxanasının "Türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar "Şair doğulmuşam mən..." mövzusunda keçirilən tədbirdə iştirak etmişlər. Tədbirdə Aşıq Ömərin həyat və yaradıcılığında maraqlı faktlarla yanaşı bütün türk xalqının aşıq sənət adamlarının adları qeyd edilmişdir. Azərbaycan aşıq yaradıcılığı haqqında çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra mədəniyyətin bütün sahələri ilə barəbər aşıq sənətinə və onun inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Aşıqlar Birliyinin yaranması, 2009-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsert və b. tədbirlər haqqında danışaraq, Azərbaycanın aşıq sənətinin tanınmış nümayəndələrinin yaradıcılıqları və onların irsinin kitabxanalarda təbliği barədə geniş məruzə etdi.
Azərbaycanın aşıq sənəti yaradıcılığı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Eyni zamanda, həmin tədbirdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb saytı və kitabxananın nəzdində yaradılan Rusiyanın İctimai Hüquqi İnformasiya Mərkəzi, habelə kitabxanada keçirilən tədbirlərə dair slaydlar nümayiş etdirildi.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası və İ. Qaspirinski adına Krım-tatar kitabxanası gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələsini razılaşdırdılar.
Konfrans milli informasiya resursları, kitabxana fondları və onların qorunması, kitabxanalararası əməkdaşlıq, kitab ticarəti, kitab nəşri, online texnologiyaları, CD-ROM, elektron nəşr, internet və kitabxanalar, kitabxanalarda avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, standartlar və s. kimi mövzular üzrə dəyirmi masalar təşkil olunmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında